Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Türkiyə separatçı Dağlıq Qarabağda keçiriləcək seçkini tanımır


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

Türkiyə separatçı Dağlıq Qarabağ rejiminin mayın 3-də keçirəcəyi parlament seçkilərini tanımır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsiplərinə qəti şəkildə zidd olan belə bir addım münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərə ziyan vuracaq.

Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə zidd olan bu addımı pisləyir və seçkini qanunsuz sayır.

Türkiyə Minsk Qrupunun üzvü kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edəcək-deyə bəyanatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG