Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:36

ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir


Tom Malinowski
Tom Malinowski

-

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinowski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır.

Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemləri ilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.

Bu barədə Turan-a məlumatlı diplomatik mənbələrdən bəlli olub.

Dövlət katibinin digər köməkçisi Victoria Nuland-ın bu ilin fevralında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Vaşinqtondakı mənbələr Malinowski-nin səfərinin detallarını açıqlamırlar.

XS
SM
MD
LG