Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

-

Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu, İlqar Fəhminin «2015-ci kvartal» pyesidir.

Tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.

Bu tamaşa onların Musiqili Teatrda rejissordebütü olacaq.

Rejissorlar yeni tamaşadan belə söz açıblar:«İnsanların mənəvi aşınması, təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir».

Tamaşanın rejissorları səhnə əsərinin «2015-ci kvartal» adlandırılmasına belə aydınlıq gətiriblər: «İnanırıq ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani sübutudur».

Tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlarRamiz Məmmədov, Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.

Bədii rəhbər Azər Paşa Nemətovdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG