Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

-

KİÇİK MAĞAZALAR SIRADAN ÇIXA BİLƏR

«Kiçik ərzaq mağazaları son günlərini yaşayır». «Bizim yol» qəzetində çıxan məqalə belə adlanır.

«Araz» supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş bildirib ki, Azərbaycanda iri supermarketlərin sayının artması ənənəvi mağazaların, məhəllə marketlərinin bazardan çıxmasına səbəb olacaq: «Bir müddətdən sonra Azərbaycanda pərakəndə ticarətin böyük bir hissəsi 3-4 markanın əlinə keçəcək. Zaman içərisində, görəcəksiniz, iri supermarketlərin bir çoxu rəqabətə tab gətirə bilməyib fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Və ya onların bəziləri birləşəcəklər. Nəticədə, bazarda 3-4 iri markanın olduğu vəziyyət yaranacaq».

Yasamalda yerləşən «Dostluq» mağazasının satıcısı Elçin də supermarketlərə uduzduqlarını etiraf edir: «Əlbəttə, bizim kimi mağazalar gec-tez sıradan çıxacaq. Bu labüddür. Çünki eyni məhsul bizdə baha, onlarda ucuzdur. Məsələn, mağaza sahibi olaraq mən də, «Bazarstore» supermarketlər şəbəkəsi də eyni məhsulu satır. Amma onlarda məhsulun qiyməti ucuzdur. Təkcə yağ ilə qənd-çayın qiymətini müqayisə edin. Müştərini qınamıram. Mən də gedib oradan alaram. Kim almaz ki? Eyni məhsul, eyni şirkət, eyni keyfiyyət, amma fərqli qiymət... Axı «Bazarstore» ölkənin qida sənayesi üzrə ən böyük müəssisəsi olan «Azərsun-Holdinq» şirkətlər qrupuna daxildir.Odur ki, məhsulun qiyməti ucuzdur».

Wi-FI

Wi-FI

PARKLARDA PULSUZ İNTERNET OLACAQ

Lent.az yazır ki, «Azerspace 1» telekommunikasiya peyki Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan 4 süni peykdən biri seçilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, artıq peyk test prosesindən keçib: «Əli Abbasov əlavə edib ki, Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə «wi-fi» zonalar istifadəyə veriləcək: «Bunların bir çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara təklif edirik ki, 2 ay müddətində onların fəaliyyəti pulsuz olsun, sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər».

BACISI NƏRGİZ YAQUBLUDAN DANIŞIR

«Yeni Müsavat» qəzeti bir neçə gün əvvəl vəfat edən ictimai fəal Nərgiz Yaqublunun bacısı Nigarla söhbət edib.

Nigar Yagublu

Nigar Yagublu

«Əlbəttə istəyirəm atam (Tofiq Yaqublu –red.) azadlığa çıxsın. Ancaq heç ümidim yoxdur. Həbs müddətində bircə dəfə ümidlənmişdim – Yeni il əfvində. Siyahı çıxanda atamın adını axtarmışdım onda. Hamı deyir ki, Tofiq bəyi buraxacaqlar. Xeyli tanınan şəxs müraciət edib, Milli Məclisdə danışılıb. Ancaq mən gözləmirəm. İndi düşündüyüm, ağlımda olan Nərgizdir. Yalnız Nərgiz», - Nigar Yaqublu «Yeni Müsavat»a deyib.

Bacısından danışan Nigar deyir:

«Həbsxanaya atanın yanına gedirdik, o da nə qədər tapşırıq verirdi, onu yazın, bunu ona göndərin, onu buna göndərin. Həmişə deyirdi, Nigar, ata deyənləri sən elə. «Yeni Müsavat»a gedəndə də bir az çəkinirdi, deyirdi ki, çətin olar, bacarmaram. Ancaq mühit xoşuna gəlmişdi. Dostlar sağ olsun, nə mən, nə də ata həbs ediləndən sonra ailəmizi tək qoymayıblar. Ona görə biz masanın üstünü həmişə qurulu saxlayırdıq. Nərgiz də işə əlində mütləq bir şey aparmalıydı – konfet, meyvə, tort, evdə nə olsa, otaq yoldaşlarıyla bölüşürdü. Səhər duranda görürdüm konfetqabı boşdur, Nərgiz, çantasını doldurub gedib işə. Orda zarafatla deyirdilər ki, Nərgiz, siz məhbus ailəsisiniz, biz sizə gətirməkdən, sən redaksiyaya konfet daşıyırsan. Əliaçıqdı. Mitinqlərdə uşaqları həbs edib maşınlara mindirən kimi gedib yaxınlıqdan dönər, ayran alıb pəncərədən onlara atırdı ki, yeyin, ac qalmayın».

AZƏRBAYCAN YENƏ ORBİTƏ PEYK ÇIXARACAQ

Azərbaycan 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərini orbitə çıxarmağı nəzərdə tutur.

Yap.org.az yazır ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın illik ümumi yığıncağında məlumat verib.

Məruzəçi bildirib ki, kosmik texnologiyalar Azərbaycanda sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə imkan yaranır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG