Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

-

Aprelin 30-da səhər saatlarında Goranboy rayonunun Kürəkçay qəsəbəsinin ərazisində dəmir yolunda qəza baş verib. Yük vaqonları dəmir yolundan çıxaraq aşıb. Bizimyol.info xəbər verir ki, hadisə nəticəsinə insan itkisi olmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “Bizim Yol”a hadisənin baş verməsini təsdiqlədi: “Dövlət proqramı çərçivəsində Goranboyda baş dəmir yolları əsaslı təmir olunub. Qəza isə yan yolda baş verib. Qəzaya səbəb vaqonun təkər cütlərinin dəmir yolundan düşməsi olub. Onu da yola qaldırıblar. Hadisə başqa qatarların hərəkətinə maneə yaratmayıb. Hazırda hadisə araşdırılır. Mütəxəssislər hadisə yerindədirlər. Qəzanın iştirakçısı olan vaqon depodadır. Dəmir yolu və vaqonlar yoxlanır”.

N.Əzməmmədov hadisə nəticəsində insan itkisinin və xəsarət alanın olmadığını dedi: “Dəmir yoluna ağır zərər dəyməyib. Qəzanın iştirakçısı olan qatar sement daşıyan vaqonlardan ibarət olub. Qəza zamanı qatar boş olub”.

Günün bütün mövzuları

XS
SM
MD
LG