Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:27

Quş qripi xəstəliyinə görə növbəti monitorinq başlayacaq


Azerbaijan//Monitoring of bird flue to start early May, Baku, 30Apr2015

Azerbaijan//Monitoring of bird flue to start early May, Baku, 30Apr2015

-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti xəbər verir ki, köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq mayın 4-də növbəti monitorinqə başlayacaqlar.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Həsənovun sözlərinə görə, quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək: “Götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 15-də ictimaiyyət üçün açıqlanacaq”.

Yolçu Həsənov bildirir ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizotik vəziyyət sabitdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG