Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Nepalda dağıntılar altından yeniyetmə oğlan çıxarılıb


Katmandunun tarixi hissələri də dağılıb

Katmandunun tarixi hissələri də dağılıb

-

Nepalda zəlzələdən beş gün sonra paytaxt Katmanduda bir binanın dağıntıları altından yeniyetmə oğlan çıxarılıb. Məlumatı Nepal rəsmiləri verib.

Aprelin 25-də baş vermiş zəlzələdən ölənlərin sayı 5 min 500-ə yaxınlaşır.

Katmandu polisinin məlumatına görə, 5 min 489 nəfər həlak olub, 11 min 440 nəfər xəsarət alıb.

Episentri Katmandu yaxınlığında olan zəlzələ dağ uçqunları yaradıb və Everest zirvəsində azı 19 nəfər həlak olub. Qonşu Hindistan və Banqladeşdə 61 nəfər, Tibetdə 25 nəfər həlak olub.

Prezident Barack Obama Nepalın baş naziri Sushil Koirala-ya başsağlığı verib, kömək, hərbi yardım təklif edib.

BMT növbəti 3 ay ərzində Nepalda sığınacaq, su, ərzaq, sanitariya və fövqəladə səhiyyə xidmətləri üçün 415 milyon dolların toplanması üçün müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG