Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

ABŞ Yəməndə siyasi həll üçün İrandan kömək istəyib


Sanaa yaxınlığından görüntü

Sanaa yaxınlığından görüntü

-

Birləşmiş Ştatlar Yəməndə siyasi həll naminə müharibə tərəflərinin danışıqlara cəlb olunması üçün İranın köməyini istəyib. ABŞ rəsmilərinin sözlərinə görə, bu məsələ aprelin 27-də ABŞ və İran xarici işlər nazirlərinin görüşündə müzakirə olunub.

İran sentyabrda Yəmən paytaxtı Sanaanı ələ keçirmiş husi silahlılarını dəstəkləyir. Sentyabrdan bəri husilər ölkənin cənubunu tutub, nəticədə Səudiyyə Ərəbistanı ölkəyə hava zərbələri endirməyə başlayıb.

Dövlət Departamentinin sözçüsünün dediyinə görə, ABŞ Dövlət katibi John Kerry iranlı həmkarı Mohammad Javad Zarif-dən xahiş edib ki, bütün tərəflərin danışıqlara cəlb olunması üçün nüfuzundan yararlansın.

Adı çəkilməyən ABŞ rəsmisi deyib ki, bu, husilərin danışıqlara çəkilməsi üçün İrandan kömək istəmək deməkdir.

Kerry aprelin 27-də Zarif-lə görüşündən əvvəl jurnalistlərə bildirib ki, Yəmənin danışıqlara gəlməsini gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG