Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:14

Peter Semneby-nin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb


Peter Semneby (arxiv fotosu)

Peter Semneby (arxiv fotosu)

-

Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi və hazırda İsveçin Əfqanıstanda səfiri olan Peter Semneby adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması üçün Azərbaycan XİN-ə müraciət edib. Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin adından açıqlama yayılıb.

H. Hacıyev bildirib ki, məktubda Peter Semneby AB-nin xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini yazıb. Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən P. Semneby hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflənib və üzrxahlığını ifadə edib.

P. Semneby-nin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması barədə qərar qəbul edilib. Səfirin 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG