Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

Gürcüstan prokurorluğu Azərbaycanın hakimiyyət orqanlarına keçmiş prezident Mikheil Saakashvili-nin həbsi ilə bağlı müraciət edib.

RAPSİ xəbər agentliyinin məlumatına görə Gürcüstan prokurorluğu Azərbaycanın hakimiyyət orqanlarına keçmiş prezident Mikheil Saakashvili-nin həbsi ilə bağlı müraciət edib.

Hazırda Ukrayna prezidenti Petro Poroshenko-nun müşaviri olan Saakashvili 3-cü Qlobal Açıq Cəmiyyət Forumunda iştuirak etmək üçün aprelin 28-də Bakıda olub.

Gürcüstanın baş prokurorluğu bundan əvvəl bir neçə dəfə eyni rica ilə Ukrayna prokurorluğuna müraciət etmişdi.

Kiyev bu ricanı siyasi motivli adlandıraraq rədd edib.

Saakashvili-yə qarşı Gürcüstanda külli miqdarda vəsaitin mənimsənməsi, keçmiş deputat Valery Gelashvili-nin döyülməsi və bankir Sandro Girgvliani-nin qətli ilə bağlı ittihamlar irəli sürülüb.

Rəsmi Bakı Gürcüstanın ricasına reaksiya verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG