Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Ukraynadakı kontakt qrupu separatçılarla “videogörüş” keçirib


Moskva meylli separatçıların liderləri Aleksandr Zakharchenko və Igor Plotnitsky

Moskva meylli separatçıların liderləri Aleksandr Zakharchenko və Igor Plotnitsky

Videodanışqılarda ilk dəfə olaraq Rusiyanın yeni nümayəndəsi Azamat Kulmuxametov da iştirak edib.

Ukrayna, ATƏT və Rusiyanın nümayəndələrindən ibarət kontakt qrupu Ukraynanın şərqindəki Moskva meylli separatçıların liderləri ilə videoəlaqə vasitəsilə danışıb.

Qrupdakı Ukrayna nümayəndəsi, keçmiş prezident Leonid Kuçmanın mətbuat katibi bildirib ki, videodanışqılarda ilk dəfə olaraq Rusiyanın yeni nümayəndəsi Azamat Kulmuxametov da iştirak edib.

Üç saat çəkən danışqlar əsnasında tərəflər atəşkəs, əsirlərin dəyişdirilməsi və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi kimi məsələləri müzakirə ediblər.

XS
SM
MD
LG