Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:27

Macarıstan Avropa İttifaqını ölüm hökmü debatına çağırır


Macarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban

Macarıstanın baş naziri bəyan edib ki, o, ölüm hökmünün bərpası məsələsini Avropa İttifaqı üzrə müttəfiqləri ilə müzakirə etmək istəyir.

Macarıstanın baş naziri bəyan edib ki, o, ölüm hökmünün bərpası məsələsini Avropa İttifaqı üzrə müttəfiqləri ilə müzakirə etmək istəyir.

Viktor Orban deyib ki, ağır cinayətlər üçün hazırda mövcud olan cəzalar çox yüngüldür və “ən ağır cəza” gündəlikdə saxlanmalıdır.

Macarıstan baş naziri bu məsələni ötən həftə gənc bir siqaret satanın qətlə yetirilməsindən sonra qaldırıb.

Avstriyanın millət vəkillərindən Joerg Leichtfried bidirib kİ, “ölüm hökmünün” qaytarılması “vəhşilik” olardı.

Təhlilçilər bildirirlər kİ, hazırda cənab Orbanın hakim Fidesz partiyası populyarlığı getdikcə artan ifrat sağçı Jobbik Partiyasının təzyiqi altındadır.

Avropa Parlamentinin sədri Martin Schulz deyib ki, bu məsələni müzakirə etmək üçün cənab Orbanla əlaqə yaradacaq.

Avropa Şurası isə bəyan edib ki, ölüm hökmünün bərpası Avropa dəyərlərinə zidd hərəkət olardı.

XS
SM
MD
LG