Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56

Beynəlxalq Kosmik Stansiyaya yük daşıyan Progress gəmisi hazırda idarə olunmur və Yerə qayıdacağı gözlənilir.

Rusiyanın Progress M-27M təchizat gəmisi Baykonur kosmodromundan havaya qalxdıqdan az sonra onunla əlaqə kəsilib.

Beynəlxalq Kosmik Stansiyaya yük daşıyan Progress gəmisi hazırda idarə olunmur və Yerə qayıdacağı gözlənilir.

Ekspertlər deyirlər ki, əslində, atmosferin sıx qatlarına daxil olan gəmi ümumiyyətlə yanıb külə dönəcək.

Onlar həmçinin bildiriblər ki, Progress hazırda lazım olduğundan daha yüksək orbitdə fırlanır.

Təchizat gəmisi kosmik stansiyada olan 6 kosmonavt üçün yanacaq, ərzaq və lazımi cihazları çatdırmalı idi.

NASA bildirib ki, hazırda astronavt və kosmonavtların kifayət qədər yanacağı və ərzağı var.

İnterfax xəbər verir ki, Progress yerin atmosferinə 7-11 may tarixlərində daxil olacaq.

ABŞ ekspertləri isə deyirlər ki, qırıntıların hara düşəcəyi hələlik aydın deyil.

Ötən il Amerikanın Cygnus yük gəmisi qəzaya uğramışdı. Rusiya növbəti təchizat gəmisini gələn avqustda buraxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG