Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:52

Fransız rəssam daha Məhəmməd peyğəmbərin karikaturasını çəkməyəcək


Fransada çıxam “Charlie Hebdo” satirik jurnalının karikaturaçısı “Luz” deyib ki, o bundan sonra Məhəmməd peyğəmbərin karikaturalarını çəkməyəcək.

Fransada çıxam “Charlie Hebdo” satirik jurnalının karikaturaçısı “Luz” deyib ki, o bundan sonra Məhəmməd peyğəmbərin karikaturalarını çəkməyəcək.

Renald Luzier Fransanın “Inrocks” jurnalına müsahibəsində deyib ki, “Məhəmmədi çəkmək daha onun üçün maraq kəsb etmir”.

Yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına basqın zamanı islamçılar 12 nəfəri qətlə yetrimişdilər.

Bu hadisədən sonra çapdan çıxan nömrədə Luzun çəkdiyi daha bir karikatura var idi. Orada Məhəmməd peyğəmbərin əlində “Mən Charlie-yəm” yazılmış şüar vardı və o hönkürürdü.

“Mən Sarkozy-nin karikaturasını çəkməkdən yorulduğum kimi, Məhəmməd peyğəmbərin də karikaturasını çəkməkdən yorulmuşam” – deyib rəssam.

Bununla belə Luz öz müsahibəndə “Terrorçular qalib gələ bilmədilər” deyib.

XS
SM
MD
LG