Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:15

Keçmiş dünya liderləri Moskvada Mikhail Gorbachevlə görüşüblər


Lech Walesa, Mikhail Gorbachev, Frederik Willem de Klerk və Jimmy Carter

Lech Walesa, Mikhail Gorbachev, Frederik Willem de Klerk və Jimmy Carter

Keçmiş SSSR-i prezidenti Mikhail Gorbachev aprelin 29-da Moskvada səfərdə olan keçmiş dünya liderlərindən ibarət “Yaşlılar qrupu”nun üzvləri ilə Ukraynadakı böhranı müzakirə edib.

TASS-n Gorbachev fonduna istinadla verdiyi məlumata görə, tərəflər bildiriblər ki, indi ən vacib məsələ bütün tərəflərin fevralda Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edməsidir.

Gorbachev bir daha Rusiya və ABŞ liderlərini görüşərək geniş məsələləri müzakirə etməyə çağırıb.

“Yaşlılar qrupu prezident Vladimir Putinlə də görüşməlidirlər.

“Yaşlılar” qrupunu bir araya 2007-ci ildə Nelson Mandela gətirib və hazırda ona Kofi Annan rəhbərlik edir.

Dünya liderlərindən ibarət bu müstəqil qrup dünyada sülh və insan haqlarının müdafiəsi yönündə fəaliyyət göstərir.

Bu qrupa keçmiş ABŞ prezidenti Jimmy Carter, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari, keçmiş Meksika prezidenti Ernesto Zedillo, Norveçin keçmiş baş naziri Gro Harlem Brundtland, 2012-2014-cü illərdə BMT-nin Suriya üzrə elçisi olmuş Lakhdar Brahimi və digər dünya liderləri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG