Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Qırğızıstanın hakim koalisiyası iqtisadiyat naziri əvəzi Temir Sarievin baş nazirliyə namizədliyini irəli sürüb.

Ata-Məkan və Ar-Namus partiyalarından olan deputatlar aprelin 29-da onun bu vəzifəyə ən yaxşı namizəd olduğunu bildiriblər.

Baş nazir Joomart Otorbaev ötən həftə Kumtor qızıl mədəni üstündəki mübahisə fonunda istefa verib və hazırda bu vəzifədə müvəqqətidir.

Yaxın vaxtlarda parlamentdə Sarievin namizədliyinə baxılacaq.

Onun namizədliyini sonda prezident Almazbek Atambaev də təsdiqləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG