Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Rusiyanın Qazprom şirkəti 2014-cü ildə gəlirinin xeyli azaldığını bildirir.

Şərhçilər bunu Rusiyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar, dünya bazarında neftin düşməsi və rublun zəifləməsi ilə izah edirlər.

Ölkədəki ümumdaxili məhsulun 8 faizini verən Qazprom 2013-cü ildəki 22 milyard dollarlıq xalis gəlirinin ,2014-cü ildə 3,1 milyard dollara düşdüyünü deyir.

Şirkət rublun ABŞ dollarına nisbətdə kəskin düşməsinə görə, dollarla borcunun artdığını deyir.

Qazprom həmçinin vacib bazarlarından biri olan Ukraynaya qaz verilməsini qiymət və borc mübahisəsinə görə azaldıb.

Ukrayna böhranını və Krımın işğalına görə, Rusiyanın Qazprom şirkəti, Sberbank və digər vacib şirkətlərinə qarşı beynəlxalq sanksiyalar tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG