Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00

Yatsenyuk Çernobl ətrafındakı yanğının lokallaşdırıldığını deyir


Arseniy Yatsenyuk

Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Çernobl atom elektrik stansiyası yaxınlığında baş verən meşə yanğınlarının lokallaşdırıldığını deyir.

O aprelin 29-da hökumət iclasında yanğının qarşısının alındığını, vəziyyətin nəzarətdə olduğunu və şüalanmanın normada olduğunu deyib.

1986-cı il qəzasından sonra hələ də radiaktiv tullantılarla çirkli olan ərazilərdə baş verən yanğın Ukrayna və qonşu Belarusda radiasiyanın səviyyəsinin qalxması ilə bağlı narahatlıq doğurub.

Əraziyə 300-dən çox yanğınsöndürən, 3 təyyarə və 1 vertolyot göndərilib.

Çernobl faciəsi 1986-cı il aprelin 26-da baş verib və bu Avropa ətrafı boyunca şüalanmaya səbəb olub.

Stansiyanın üzərində qurulan polad örtüyün tikintisinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG