Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Əli Xodabəxşi azadlığa buraxılıb


Əli Xodabəxşi
Əli Xodabəxşi
«İran» qəzetində çap olunan karikaturalara etiraz etdiyinə görə iyunun 8-də həbs olunan Əli Xodabəxşi zindanda 5 ay ağır şəraitdə saxlandıqdan sonra noyabrın 2-də azad edilib. Bir ay bundan əvvəl Xodabəxşi 6 ay həbsə məhkum edilib, lakin onun istintaq təcridxanasında saxlanma müddəti nəzərə alınaraq sərbəst buraxılmasına qərar verilib.

Ədəbi təxəllüsü «Elyaz Yekanlı» olan Əli Xodabəxşi azərbaycanca bir çox məqalə, təqvim və nəşrlərin müəllifidir. O, tutulduğu vaxt həftəlik «Urmiyənin Səsi» jurnalının Azərbaycan dilindəki nəşrinin redaktoru vəzifəsində işləyirdi. Karikatura qalmaqalından sonra İranın bir çox Azərbaycan dilli mətbuatı kimi, bu jurnal da bağladıldı.


İran azərbaycanlılarının milli və mədəni hüquqları uğrunda fəaliyyət göstərdiyinə görə ilk dəfə 1993-cü ildə həbs olunan Xodabəxşi sonralar Türkiyəyə köçmüşdü. 2005-ci ilin sentyabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyədəki nümayəndəliyinə sığınacaq üçün müraciət etmişdi.


2006-cı ilin əvvəlində ailəsini ziyarət etmək üçün İrana dönən Əli Xodabəxşi may mitinqlərində iştirak etmiş, iyunun 8-də isə həbs edilərək Ettelaatın [Təhlükəsizlik İdarəsinin] Təbrizdəki təcridxanasına salınmışdı. «Amnesty International» insan haqları təşkilatının verdiyi məlumata əsasən, nəzarət altında olarkən o, ağır psixoloji və fiziki işgəncələrə məruz qalmış, eşitmə qabiliyyəti və yaddaşını itirmiş, eyni zamanda ürək, böyrək və mədə xəstəliklərinə düçar olmuşdu. Onun ailəsi isə davamlı olaraq Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təhdid edilmişlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG