Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

«Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu»


-

Mayın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan «Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu» sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildirilib ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunanfilmin baş prodüseri Arzu Əliyeva, prodüseri Louis Vaudeville, rejissoru Robert Mugnerot-dur.

Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

Bu müharibədə Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Azərbaycan nefti qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb. Bu illərdə SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verib. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.

Filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış «Clarke Costelle&Co» (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

«Clarke Costelle&Co» şirkətinin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini – «Apokalipsis: II Dünya müharibəsi» adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

İstehsalı 14 ay davam edən «Hədəf Bakıdır» sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçılar İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinin bu günədək nümayiş etdirilməyən videokadrlarını yeni təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.

Bu sənədli ekran əsəri rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra film mayın 8, 9-u və 10-da «National Geographic» kanalı vasitəsilə nümayişi olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG