Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:16

Prezident Administrasiyası rəsmisi: «Bizim Qərbə inamımız tükənir»


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. İlk Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir».

Bunu Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov aprelin 29-da Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda deyib.

Xəbəri Trend agentliyi yayıb.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI ƏDALƏTLİ QƏRAR OLSAYDI

N.Məmmədov deyib ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib: «Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz».

Prezident Administrasiyası rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsaydı, ondan sonrakı münaqişələr də olmazdı:

«Nə Gürcüstan, nə Moldova, nə də Ukraynada. Amma beynəlxalq hüquqa belə münasibət elə bir vəziyyətə gətirib çıxarıb ki, bu günlərdə beynəlxalq aləmdə çox böyük gərginlik var və hələlik onun hara aparacağı barədə proqnozlar vermək də mümkün deyil, çox çətindir. Nə üçün belə olmalıdır və nə üçün belə oldu?».

HƏR AN AZƏRBAYCANI TƏZYİQ ALTINDA SAXLAMAQ İDDİASINI GÖRÜRÜK

N.Məmmədov deyib ki, Azərbaycan müsəlman aləminin bir hissəsidir. Eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir: «Lakin yerləşdiyi geosiyasi mövqedə bu elə də asan iş deyil, amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir. Bu gün ABŞ-da Baltimorda nələrin baş verdiyi orada vəziyyətin əla olmasından xəbər vermir. Amma biz hər gün, hər an Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Buna mətbuat, QHT-lər qoşulur, maliyyə dəstəyi ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir».

BİZƏ ELƏ HÜCUM BAŞLAYIB Kİ...

N.Məmmədov Avropa Oyunlarına da toxunub: «Əslində, Beynəlxalq Olimpiya Komitəsi müdrik addım ataraq ilk Avropa Oyunlarının təşkil edilməsini Azərbaycana təklif etdi. Çünki başqa alternativ yox idi. Ancaq bu ərəfədə bizə qarşı elə bir hücum, elə bir kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür edə bilmirdik. Bəlkə Avropa Oyunlarının keçirilməsinə imkan verib sonra başlayaydılar? İnanın, bu gün biz bildiklərimizin hamısını desək, siz təəccüblənərsiniz».

N.Məmmədov düşünür ki, Avropa Oyunlarının Bakıda keçirilməsi elə Avropaya bir köməkdir: «Amma bizim Qərbə və Avropaya, onun səmimiliyinə olan inamımız tükənir. Bunu bizə sübut etmək lazımdır. Gördüyümüz odur ki, Azərbaycandan bir Liviya, Suriya etmək istəyirlər. Bunu etmək mümkün olmayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG