Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

İlham Əliyev: «Dünyanın idman tarixində əlamətdar hadisə baş verdi»


İlham Əliyev Avropa Oyunlarının talismanları ilə görüşür, 19 mart 2015

İlham Əliyev Avropa Oyunlarının talismanları ilə görüşür, 19 mart 2015

-

«Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı».

Bunu prezident İlham Əliyev III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verdiyi ziyafətdə deyib.

Prezident III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.

president.az saytının məlumatına görə, İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG