Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

-

Ukrayna liderləri müharibədən çıxmış iqtisadiyyatının yenidən qurulması üçün nağd pul istəyir və bu ölkəyə investorların cəlbinin çətin iş olduğunu deyir.

“Nüvə silahlı dövlətlə müharibə şəraitində olan ölkəyə xarici investorların cəlbi çox çətin işdir,” Ukraynanın baş naziri Arseniy Yatsenyuk aprelin 28-də Kiyevdə sərmayə konfransında deyib.

Beynəlxalq Valyuta Fondu Ukraynaya 4 il ərzində 17.5 milyard dollar ayırıb. Ancaq maliyyə böhranından çıxmaq üçün ölkəyə 40 milyard dollar lazımdır.

“Xahiş edirik, Ukraynaya investisiya qoyun,” Yatsenyuk konfransdakı maliyyəçilərə deyib.

Video müraciətində ABŞ vitse prezidenti Joe Biden söyləyib ki, korrupsiyanın kökünün kəsilməsi Ukrayna iqtisadiyyatının uğuru üçün vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG