Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18

-

Rusiya Ədliyyə Nazirliyi Prezident Vladimir Putin-in sərt tənqidçisi olan Aleksei Navalny-nin siyasi partiyasının qeydiyyatını ləğv edib. Ədliyyə Nazirliyi aprelin 28-də bildirib ki, Tərəqqi Partiyası Rusiya regionlarının azı yarısında əməliyyatlarını qeydiyyata aldırmamaqla qanunu pozub.

Navalny-nin partiyası 2016-cı il parlament seçkisində RPR-Parnas ilə birgə getməyə razılaşıb. RPR-Parnas-ın həmtəsisçisi qətlə yetirilmiş siyasətçi Boris Nemtsov idi.

“Əlbəttə, bu, demokratik koalisiyanın yaradılmasına reaksiyadır,” Navalny vebsaytında yazıb. “Tərəqqi Partiyası siyasi struktur kimi qalacaq.. partiya kağızdan deyil, insanlardan və ideyalardan ibarətdir”.

Nemtsov-un qətlindən sonra partiyalar koalisiya qurmaq qərarına gəliblər. Nemtsov fevralda Kremlin yaxınlığında qətlə yetirilib. Tənqidçilər bu qətlə görə Prezident Putin-in məsuliyyət daşıdığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG