Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

İran Hörmüz boğazında yük gəmisini saxlayıb


Hörmüz boğazında təlim, arxiv fotosu

Hörmüz boğazında təlim, arxiv fotosu

-

Pentaqon bildirir ki, aprelin 28-də İran qüvvələri Hörmüz boğazından keçən yük gəmisini saxlayıb. Məlumata görə, patrul gəmiləri havaya atəş açaraq gəminin İran sularına girməsini əmr edib.

İranın yarı-rəsmi Fars News agentliyi bildirir ki, Marşal adasının bayrağı ilə hərəkət edən gəmi İran Limanları və Gəmiçilik Təşkilatının xahişilə saxlanıb.

ABŞ Ordusunun polkovniki Steve Warren deyib ki, MV Maersk Tigris gəmisi əvvəlcə İran patrul qayıqlarının İran ərazisinə keçmək əmrinə əhəmiyyət verməyib, ancaq xəbərdarlıq atəşlərindən sonra buna əməl etməli olub.

ABŞ qüvvələri Maersk Tigris gəmisindən gələn həyəcan siqnallarına reaksiya verib, duruma nəzarət üçün USS Farragut esminesini və kəşfiyyat təyyarəsi göndərib.

Warren İranın hərəkətini “yersiz” və “qızışdırıcı” adlandırıb. Polkovnik deyib ki, Hörmüz boğazı texniki olaraq İran və Oman sularında yerləşir, ancaq beynəlxalq razılaşmalar çərçivəsində xarici gəmilərə açıqdır.

Gəmidə ABŞ vətəndaşları olmayıb.

Marşal adaları Sakit Okeanda yerləşir və vaxtilə ABŞ-ın nəzarətində olub.

XS
SM
MD
LG