Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

-

Avropa Birliyinin xarici siyasət rəhbəri ümid edir ki, İran Suriyada danışıqlarda konstruktiv rol oynaya bilər. Suriyada dörd illik vətəndaş müharibəsinə son qoymaq üçün BMT yeni danışıqlar başlatmağa çalışır.

Federica Mogherini aprelin 28-də Nyu Yorkda, İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə danışıqlardan öncə danışıb. O, deyib ki, Tehran Suriya lideri Bashar al-Assad-ı “Suriyanın rəhbərliyi ilə keçid mərhələsində iştiraka” inandırmalıdır.

Mogherini-nin Zarif-lə danışıqlarında isə İranla yekun nüvə sazişinin razılaşdırılması müzakirə olunub. Mogherini deyib ki, o, Zarif-lə müzakirələrdə “bütün aidiyyatı tərəflər”ə toxunacaq.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya iyunun 30-dək İranla yekin saziş əldə etməyə çalışır. Həmin danışıqlar vasitəçi olan Mogherini deyib ki, saziş “regionda İran üçün fərqli rola yol aça bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG