Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:47

Nepalda zəlzələ qurbanları üçün matəm elan edilib


Son məlumatlara görə zəlzələ nəticəsində ölənlərin sayı 5 mini keçib.

Nepalda şənbə günü baş vermiş zəlzələnin qurbanları üçün rəsmən üç günlük matəm elan edilib.

Son məlumatlara görə zəlzələ nəticəsində ölənlərin sayı 5 mini keçib.

Baş nazir Sushil Koirala deyib kİ, hökumət əlindən gələni edir, lakin fəlakətin miqyası son dərəcə böyük olub.

Xilasedicilər hələ də Himalayın əlçatmaz guşələrinə yardım yetirməyə çalışırlar.

Güclü yağışlar evləri dağılmış insanların vəziyyətini daha da çətinləşdirib.

Ölənlərin arasında Everestdə düşərgə salmış alpinistlərdən 18 də var.

Çox sayda insan paytaxt Kətməndunu tərk etməkdədir.

XS
SM
MD
LG