Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

Nepalda baş verən zəlzələdə ümumilikdə 8 ilyon insana zərər dəyib


Foto arxiv

Foto arxiv

BMT aprelin 25-də Nepalda baş verən zəlzələdən ümumilikdə 8 milyon insana zərər dəydiyini, 4400-dən çox adamın öldüyünü, 1,4 milyon adamın təcili yadıma ehtiyacı olduğunu bəyan edib.

Bunu Təşkilatın Katmandu üzrə koordinatoru Jamie McGoldrick aprelin 28-də keçirdiyi mətbuat konfransında deyib.

Paytaxt Katmandu və ölkənin digər yerlərində insanlar səkilərdə, yollar və parklarda yatırlar.

Nepala ilk hümanitar yardımı Hindistan və Çin göndərib.

ABŞ isə bazar ertəsi Nepala 9 milyon dollarlıq yeni maliyyə yardımı ayırıb.

ABŞ bundan əvvəl Nepala təcili 1 milyon dollar ayırmışdı.

Həmçinin Rusiya Nepala hümanitar yardım göndərib.

Yeraltı təkanların 7,8 bal gücündə olduğu bu zəlzələ,

son 80 il ərzində Nepalda baş verən ən dəhşətli təbii fəlakətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG