Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

-

Asif Rüstəmovun «Axınla aşağı» bədii filmi aprelin 30-dan mayın 7-dək ABŞ-ın Los Anceles şəhərində keçiriləcək SEEfest Film Festivalında nümayiş etdiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festivalın proqramında 23 ölkəni təmsil edən filmlər iştirak edir və əsas proqramda doqquz film yer alıb.

Amerika Kino Akademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir.

2014-cü ildə nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Axınla aşağı» filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertakhia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrzejewska, Teymur Məmmədov və başqaları canlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG