Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Jimmy Carter və digər keçmiş dünya liderləri Putinlə görüşə gediblər


Sergei Lavrov, Jimmy Carter və Kofi Annan

Sergei Lavrov, Jimmy Carter və Kofi Annan

Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 28-də Moskvada keçmiş ABŞ prezidenti Jimmy Carter və digər tanınmış dünya liderləri ilə görüşüb.

Lavrovun sözlərinə görə, Jimmy Carter, BMT-nin keçmiş baş katibi Kofi Annan və digər keçmiş dünya liderlərindən ibarət qrupun üzvləri aprelin 29-da prezident Vladimir Putinlə də görüşəcəklər.

Səfər Rusiyanın Krımı zəbt etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Qərblə Rusiya arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verir.

“Yaşlılar” qrupunu bir araya 2007-ci ildə Nelson Mandela gətirib və hazırda ona Kofi Annan rəhbərlik edir.

Dünya liderlərindən ibarət bu müstəqil qrup dünyada sülh və insan haqlarının müdafiəsi yönündə fəaliyyət göstərir.

Lavrov beynəlxalq problemlərin həllində onların qətiyyəti və gücünü alqışlayıb.

Lavrovla görüşdə Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari, keçmiş Meksika prezidenti Ernesto Zedillo, Norveçin keçmiş baş naziri Gro Harlem Brundtland və 2012-2014-cü illərdəBMT-nin Suriya üzrə elçisi olmuş Lakhdar Brahimi də iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG