Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Xədicə İsmayıl yazılarına görə aldığı töhmətdən danışıb


Xədicə İsmayıl

Xədicə İsmayıl

-

Aprelin 28-də Apellyasiya Məhkəməsində Binəqədi rayon Məhkəməsinin Xədicə İsmayılla bağlı hökmündən şikayətinə baxılıb.

Vəkillər məhkəmənin istintaq aparılmaqla keçirilməsi haqda vəsatət qaldırıblar. Hakim vəsatəti təmin etməyib.

Məhkəmə mayın 12-də davam edəcək.

Məhkəmədə çıxış edən Xədicə İsmayıl mətbuatda gedən yazılara görə həbsxanada aldığı töhmətdən danışıb. Bu haqda ətraflı az sonra.

«Baş bayraqdar» Elman Türkoğlu Xədicə İsmayılınсona böhtan atdığını iddia edərək haqqında 147.2 maddəsi ilə cinayət işinin açılmasını istəyirdi.

Məhkəmə jurnalistin 2500 manat cərimə edilməsi haqda qərar çıxarıb.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.​

Günün bütün mövzuları

XS
SM
MD
LG