Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:19

Tbilisidə keçmiş prezident Saakashvilinin məhkəməsi başlanıb


Mikheil Saakashvili

Mikheil Saakashvili

Tbilisidə keçmiş prezident Mikheil Saakashvilinin məhkəməsi başlanıb.

Saakashvili və onun bir sıra yaxın tərəfdaşı 2007-ci il noyabrın 7-də müxalifətin dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

AzadlıqRadiosunun müxbiri Georgi Kobaladzenin məlumatına görə, hazırda Ukraynada olan Saakashvili məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib.

Günahkar bilinsə ona 8 il həbs cəzası kəsilə bilər.

Bu maaddə ilə keçmiş daxili işlər naziri Vano Merabishvili, keçmiş müdafiə naziri David Kezerashvili, keçmiş ədliyyə naziri Zurab Adeishvili və keçmiş Tbilisi meri Gigi Ugulava da ittiham olunurlar.

Bundan başqa Saakashviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla, 3 cinayət işi açılıb.

Saakashvili hazırda Ukrayna prezidentinin yanındakı islahatlar şurasının sədridir.

Kiyev hökuməti onu Tbilisiyə verməkdən imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG