Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:33

Baltimorda fövqəladə vəziyyət elan olunub- [fotolar]

ABŞ-ın Baltimor şəhərində zorakı etirazlardan sonra fövqəladə vəziyyət elan olunub.
Azı 15 polis yaralanıb. Mağazalar talan edilib, binalar yandırılıb. Bütün bunlar polis məntəqəsində aldığı xəsarətlərdən ölən 25 yaşlı qaradərilinin dəfnindən sonra baş verib.

Baltimora əlavə qüvvələr göndərilib.

Freddie Gray aprelin 19-da vəfat edib. Onun ölümü polisin afrikan amerikalılarla rəftarına dair ictimai etirazlar doğurub. Ötən il Missuri ştatının Ferqyuson şəhərində qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra ölkəboyu oxşar zorakılıqlar baş vermişdi.

Davamı

Bölmələr

XS
SM
MD
LG