Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Nepalda xilasedicilər təbii fəlakət zonasının ucqar rayonlarına çatmağa cəhd göstərirlər.

Aprelin 25-də baş verən zəlzələ nəticəsində 4300-dən çox adam ölüb, 8 minə yaxın adam xəsarət alıb.

Xəstəxanalar doludur, elektrik təhcizatında problemlər yarandığından, ərzaq və su qıtlığı yarana bilər.

Paytaxt Katmandu və ölkənin digər yerlərində insanlar səkilərdə, yollar və parklarda yatırlar.

Nepala ilk hümanitar yardımı Hindistan və Çin göndərib.

ABŞ isə bazar ertəsi Nepala 9 milyon dollarlıq yeni maliyyə yardımı ayırıb.

ABŞ bundan əvvəl Nepala təcili 1 milyon dollar ayırmışdı.

Həmçinin Rusiya Nepala hümanitar yardım göndərib.

Yeraltı təkanların gücü 7,8 bal olub.

Bu son 80 il ərzində Nepalda baş verən ən dəhşətli təbii fəlakətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG