Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:53

-

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic mayın 31-də Azərbaycana səfər edəcək.

Serbiya Xarici İşlər Nazirliyindən apa-ya verilən məlumata görə, I.Dacic-in Bakıya gəlişi Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq.

Regiona səfər Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək.

Azərbaycana səfər çərçivəsində müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları prioritet təşkil edəcək.

Serbiyanın Azərbaycandakı səfirliyindən isə apa-ya bildirilib ki, I.Dacic-in Bakıya səfəri çərçivəsində dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslərlə görüşlər planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG