Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:10

«Əlikram Hümbətov səviyyəsizin biridir»- Spiker


Oqtay Əsədov
Oqtay Əsədov

-

Aprelin 28-də Milli Məclisin plenar iclası keçirilib. Gündəliyə 20 məsələnin müzakirəsi salınıb.

OQTAY ƏSƏDOV: «ƏLİKRAM HÜMBƏTOV KİMDİR Kİ, ONUN HAQQINDA MÜZAKİRƏ AÇIRSIZ»

Lerikdən olan deputat İqbal Məmmədov separatçı «Talış-Muğan Respublikası»nın yaradıcısı, hazırda Avropada yaşayan Əlikram Hümbətovun «soyqırımı» ilə bağlı ermənilərə başsağlığı verməsinə etirazını bildirib.

Qafqazinfo xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı deyib ki, Ə.Hümbətov heç zaman talış xalqının adından danışa bilməz: «Ona heç kim belə bir səlahiyyət verməyib. O adamın siması həm Azərbaycana, həm də talış xalqına məlumdur».

Deputat İqbal Ağazadə də həmkarının fikirlərini təsdiqləyib və qeyd edib ki, o, Azərbaycan xalqına xəyanət edib: «Hazırda bu yöndə də fəaliyyətini davam etdirir. Bu məsələni Xarici işlər Nazirliyi diqqətdə saxlamalı və lazımi addımlar atmalıdır».

Spiker Oqtay Əsədov deputatları Ə.Hümbətovla bağlı məsələni gündəmə gətirməkdə qınayıb: «O kimdir ki, onun haqqında burada geniş müzakirə aparılsın? O, səviyyəsizin biridir».

Fazil Mustafa
Fazil Mustafa

FAZİL MUSTAFA TOFİQ YAQUBLUNUN ƏFVİNİ XAHİŞ ETDİ

Fazil Mustafa parlamentdəki çıxışı zamanı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı prezidentə müraciət edib.
O deyib ki, T. Yaqublunun qızı bu günlərdə vəfat edib: «Hakimiyyət də humanist addım ataraq onu 7 gün azadlığa buraxdı. Bu həm də ölkə başçısının siyasi iradəsi idi. Mən bu tribunadan istifadə edib ölkə prezidentinə onun əfv edilməsi ilə bağlı müraciət edirəm. Həqiqətən də ailə faciəsi yaşanıb. İki il dörd ay həbsdə yatıb. Hazırda iki ili qalır. Bu əfv cəmiyyətdə siyasi qüvvələr arasında kin-küdurətin aradan qalxmasına, səmimi münasibətlərin formalaşmasına faydalı olar. Həm də Avropa Oyunları ərəfəsində hakimiyyətin xeyrinə verilmiş qərar olar».

İqbal Ağazadə də deputat həmkarına dəstək olub. Bildirib ki, ona qarşı atılacaq addım müxalifət qüvvələri tərəfindən də alqışla qarşılanacaq.

ZAKİR QARALOV YENƏ VƏZİFƏSİNƏ TƏSDİQLƏNDİ

Aprelin 28-də Milli Məclis prezidentin təqdimatı ilə Zakir Qaralovu yenidən növbəti beş illiyə baş prokuror postuna təsdiq edib.

Zakir Qaralov
Zakir Qaralov

İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: «Mən bunu bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq».

Zakir Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

GENİ DƏYİŞDİRİLMİŞ BİTKİLƏRİN AZƏRBAYCANA İDXALI QADAĞAN OLUNDU

Aprelin 28-də Milli Məclis geni dəyişdirilmiş bitkilərin idxalını qadağan edib.

Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən əlavələrə görə, geni dəyişdirilmiş bitkiləri idxal edən və ya satanlar 3 min manatdan 5 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu əməllər külli miqdarda törədildikdə, 7 min manatdan 9 min manatadək cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG