Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Avropa Oyunları ilə bağlı rayonlarda Alov festivalı keçiriləcək


Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi - 26 aprel 2015

-

Avropa Oyunlarına rayonlarda da hazırlıq işləri başlanıb. Rayonlarda işçi qrupları fəaliyyət göstərir. Məşəlin keçəcəyi yolların hər iki tərəfində adamların düzülməsi üçün yerlər büdcə təşkilatları arasında bölüşdürülüb.

Avropa Oyunları məşəli aprelin 29-da Lənkəranda, mayın 3-də Cəlilabadda alovlanacaq. Həmin günləri bu rayonlarda Alov festivalı keçirilməsi nəzərdə tutulub.

Verilən məlumatlara görə, festival günləri məktəblərdə dərslər, büdcə təşkilatlarında isə işlər dayandırılacaq.

Aprelin 26-da Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.

Avropa Oyunları Azərbaycanda iyunun 12-28-də keçiriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG