Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

-

Aprelin 27-dən 28-nə keçən gecə Bakının Yasamal rayonunda yanğın baş verib. Bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, 2 mərtəbəli mansard tipli su satış məntəqəsinin yanar konstruksiyaları və ona bitişik avtomobil yuma sexinin mansardı yanıb. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

APA-nın yaydığı məlumata görə, yanğın başladıqda çayxananın işçisi 22 yaşlı Şöhrət Xanbabayev və daha bir nəfər içəridə olub.

Yanğından xilas olmağa çalışan 22 yaşlı gənc qapının şüşəsini sındıraraq bayıra çıxmaq istəyib. Bu zaman şüşə qırıqları onun ayaq damarlarını kәsib. Təcili tibbi yardım maşını ilә xəstəxanaya aparılan Şöhrət Xanbabayev qanitirmədən yolda ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG