Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

-

Yaponiyanın baş naziri Shinzo Abe mayın 9-da Moskvada 2-ci Dünya Müharibəsinin 70-ci ildönümünə həsr olunmuş rəsmi mərasimdə iştirak etməyəcək.

Yaponiya hökumətinin sözçüsü deyir ki, səbəb iş qrafikilə bağlıdır.

Kabinetin katibi Yoshihide Suga aprelin 28-də mətbuat konfransında deyib ki, tədbirə Yaponiyanın Rusiyadakı səfiri qatılacaq.

Yaponiya Rusiya prezidenti Vladimir Putin-i səfərə dəvət etmişdi, ancaq ötən il Ukrayna münaqişəsinə görə təxirə salınıb. Suga deyib ki, səfərin yeni tarixi hələ müəyyənləşməyib.

Rusiyanın enerji resurslarını nəzərə alan Abe Moskva ilə münasibətləri prioritet elan edib.

Ancaq Yaponiya Moskvaya sanksiyalar məsələsində Birləşmiş Ştatlar və Avropa Birliyinin ardınca gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG