Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Kerry və Zarif Nyu Yorkda görüşüblər


John Kerry (solda) və Mohammad Javad Zarif (arxiv fotosu)

John Kerry (solda) və Mohammad Javad Zarif (arxiv fotosu)

-

ABŞ-ın Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 27-də Nyu Yorkda görüşüblər.

Görüş Nüvə Silahlarının Yayılmaması Sazişinə baxılması üzrə beş illik konfrans çərçivəsində baş tutub.

İranla ABŞ və daha beş dövlət iyunun 30-dək yekun nüvə sazişi əldə etməyə çalışır.

Dövlət Departamentinin rəsmisi görüşü “məhsuldar” adlandırıb.

Kerry BMT konfransında deyib ki, saziş dünyanı daha təhlükəsiz edər.

Aprelin 2-də əldə olunmuş ilik razılaşmaya əsasən, İran uran zənginləşdirmə sentrifuqalarının sayını azaltmağa, nüvə obyektlərinin daha dərin yoxlanmasına razılıq verib. Əvəzində sanksiyaların qaldırılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG