Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Bosniyada bir polis öldürülüb, ikisi yaralanıb


Hücuma məruz qalmış polis məntəqəsi

Hücuma məruz qalmış polis məntəqəsi

-

Bosniyanın Zvornik şəhərində "Allahu Əkbər" qışqıran bir silahlı polis məntəqəsinə hücum edib, bir polis əməkdaşı öldürülüb, ikisi yaralanıb. Silahlı öldürülüb.

Polisin sözçüsü Aleksandra Simojlovic deyib ki, silahlı məntəqəyə girib və pərakəndə atəş açmağa başlayıb. Hadisə aprelin 27-də, yerli vaxtla axşam 7-də baş verib.

Təhlükəsizlik naziri Dragan Mektic həmin şəxsin əlində avtomat silah olduğunu, polislə atışmada öldürüldüyünü söyləyib.

Bosniya serb hökuməti gecə fövqəladə iclas çağırıb. Regionun prezidenti Milorad Dodik Bosniya Serb TV-yə deyib ki, silahlının kiminsə təlimatı ilə hərəkət etdiyinə inanır.

Zvornik məscidinin imamı Mustafa Muharemovic hücumu pisləyib.

XS
SM
MD
LG