Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:57

Avropa və Ukrayna assosiasiya sazişini ləngitmək fikrində deyillər


Avropa Şurasının sədri Donald Tusk, Ukrayna prezidenti Petro Poroshenko və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Kiyevdə görüşüblər.

Avropa Şurasının sədri Donald Tusk, Ukrayna prezidenti Petro Poroshenko və Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Kiyevdə görüşüblər.

Avropa İttifaqı-Ukrayna sammiti Kiyevlə Brüssel arasında fevral ayında assossiasiya sazişinin imzalanmasından sonra ilk yüksək səviyyəli görüşdür.

Bazar ertəsi Avropa İttifaqının ən yüksək vəzifəli liderləri ilə Ukrayna arasında iqtisadi-ticari əlaqələr, həmçinin Ukraynada pisləşməkdə olan hərbi-siyasi vəzyyətlə bağlı görüş olub.

Ukrayna prezidenti Petro Poroshenko Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker və Avropa Şurasının sədri Donald Tusk Ukraynanın şərqində Rusiya yönlü separatçılarıən təcavüzünün artması barədə xəbərləri müzakirə ediblər.

Ukrayna hökumət qoşunlarının bir hərbçisi həlak olub, daha üç hərbçi yaralanıb.

Avropa İttifaqı-Ukrayna sammiti Kiyevlə Brüssel arasında fevral ayında assossiasiya sazişinin imzalanmasından sonra ilk yüksək səviyyəli görüşdür.

Rusiya həmin sammit ərəfəsində Ukrayna ilə Avropa arasında assosiasiya sazişinin bəzi bəndlərinin icrasının 2016-cı ilin yanvarınadək ləngidilməsinə nail olmuşdu.

Rusiyaya ona görə güzəştə gedilmişdi ki, Moskva Ukraynanın şərqində gərginliyin ləğv ediləcəyinə öhdəlik götürmüşdü.

İndi isə Avropa və Ukrayna liderləri bu qərara gəliblər ki, assosiasiya sazişinin tam şamil edilməsinə artıq heç nə mane olmur, çünki Rusiya öz öhdəliklərinə əməl etməyib.

“Mən düşünmürəm ki, bu sazişin icrasını təxirə salmaq çox ağıllı fikirdir. Biz elə hey təxirə salırıq. Bu saziş 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək” – deyib Jean-Claude Juncker.

Günün bütün mövzuları

XS
SM
MD
LG