Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

İslam dövləti yaraqlılarına qoşulmaqda ittiham olunanların məhkəməsində MTN işçisi dindirilir


Arxiv fotosu: İslam Dövləti yaraqlılarının sözçüsü Abu Muhammad al-Adnani.

Arxiv fotosu: İslam Dövləti yaraqlılarının sözçüsü Abu Muhammad al-Adnani.

.

Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bashar Assad-a qarşı qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun məhkəməsi davam edib.

Hakim Ənvər Seyidov sədrliyi ilə keçən məhkəmə iclasında təqsirləndirilən şəxs Tariyel Mustafayevin yaxın qohumu Ayşə Namazova ifadə verib. Ancaq bundan əvvəl o, hakimdən xahiş edib ki, ibtidai istintaqa verdiyi ifadəsi elan edilsin. Hakim şahidin xahişini qəbul etməyib.

“İSTİNTAQDAKI İFADƏM SAXTADIR”
Bundan sonra Ayşə Namazova ifadə verib:
“Tariyel də, bacım da Türkiyəyə müalicə almağa getmişdi. Bununla bağlı tibbi sənədlər də var. İstintaq zamanı mənim demədiyim şeyləri adıma yazıb qol çəkdiriblər. Guya ki, Tariyelin Suriyaya getməyini bilmişəm. Halbuki Tariyel həbs olunana qədər onun Suriya getməyindən xəbərim olmayıb. İstintaq zamanı guya ifadəmdə Tariyelin qatı dindar olduğunu demişəm. Belə bir söz deməmişəm. Özləri nə istəyiblərsə, onu da yazıblar. İbtidai istintaq zamanı mənim adımdan yazılanları qəbul etmirəm”.

Dövlət ittihamçısı vəsatət qaldırdı ki, Ruslan Mustafayevin evində axtarış aparan Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupunun üzvləri dindirilsin. Bundan sonra ifadə verən MTN əməkdaqşı bildirdi ki, axtarış zamanı əməliyyatçılar və hal şahidləri də həmin evdə olub:

“Axtarış üçün həmin evə getdik, qapı bağlı idi. Qonşulara dedik ki, ev yiyəsini çağırın. 15 dəqiqədən sonra Ruslan Mustafayevin anası gəldi. İcazə alıb içəri keçdik. Axtarış zamanı Ruslanın anası, həyat yoldaşı və balaca uşağı evdə idi. Ruslangilin otağında yatağın altından qutu tapdıq. Qutunun içində 4 ədəd tapança gülləsi, 10 ədəd isə 7.62 mm-lik avtomat gülləsi aşkarladıq. Protokolu özüm yazmışam”.

MTN ƏMƏKDAŞI HEÇ NƏ XATIRLAMIR
MTN işçisi dövlət ittihamçısının və vəkillərin suallarının demək olar ki, əksər suallarının cavabı belə oldu: “Xatırlamıram”.

Vəkil Müzəffər Baxış protokulun əməliyyat qrupunun üzvü tərəfindən tərtib olunmasını qanunsuz hesab etdiyini dedi:

“Qanunda yoxdur ki, əməliyyatçı protokol tərtib etsin, belə bir şey mümkün deyil. Tam qanunsuzdur. Protokolu əməliyyatda iştirak edən müstəntiq tərtib etməlidir. Qanun bunu tələb edir. Məhkəmədən xahiş edirəm ki, bu kobud qanun pozuntusuna görə həmin fakt sübutlar siyahısından çıxarılsın”.

Hakim Ənvər Seyidov:
“İşdə 4 şahid var, onun da üçü istintaq vaxtı Suriyaya qaçıb. Bir şahid isə ünvanını dəyişdiyi üçün axtarırıq, tapa bilmirik. Biz də məcburuq ki, onların istintaqa verdiyi ifadələri elan edək”.

Hakim növbəti məhkəmə iclasını mayın 4-nə təyin edib.
İstintaq materiallarına görə, bu şəxslər İslam Dövləti silahlı qrupuna Suriya ərazisində döyüşüb.

Amma özləri və yaxınları ittihamı qəbul etmirlər.

Məhkəmə ittihamları haqı bilsə, onlar uzun müddətə azadlıqdan məhrum oluna bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG