Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:11

Dilçilər KİV dilini qüsurlardan təmizləmək istəyirlər


«Azərbaycan dili normalarının pozulmasına görə məsuliyyət haqqında qanun qəbul edilsə, ali məktəblərdə ədəbi nitq fənni tədris olunsa və qəzetlərdə korrektor institutu bərpa olunsa, KİV-də dil problemi həll edilər». Bu təkliflə Mətbuat Şurasının Dil Komissiyasının sədri, professor Kamil Nərimanoğlu çıxış edib.

Noyabrın 4-də Slavyan Universitetində Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin dili – problemlər və vəzifələr» mövzusunda konfrans keçirildi. Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirdi ki, mətbuatın dili son illər daha lakonik və aydındır, Azərbaycan dilinə yeni sözlər, termin və anlayışlar gətirilib.


Kamal Abdulla çatışmazlıqlar sırasında ədəbi dil normalarına, yazı qaydalarına və məntiqə əməl olunmamasını göstərdi. Konfransda dilin nöqsanlardan təmizlənməsi qərara alınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG