Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

Aclıq edən daha iki nəfər başqalarıyla əvəzlənib


Mətbuata təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirən «Azadlıq» blokunun daha iki üzvü noyabrın 4-də aksiyanı dayandırıb. Səhhətlərində problem yarandığından, AXCP sədrinin müavini Nurəddin Məmmədli və Demokrat Partiyasının şöbə müdiri Zakir Hüseynov aclığı dayandırıblar. Onları başqa iki nəfər əvəz edib.

Bundan əvvəlki gün də aksiyanı dayandıran iki nəfəri başqaları əvəz etmişdi.


Aksiyanın ilk günündən aclıq edən Əsəd Əsədzadə deyir ki, səhhəti yol verənə qədər aclığı davam etdirmək fikrindədir:


«Elmar Hüseynovu öldürdülər, Sakit Zahidovu həbsə atdılar, «Azadlıq» qəzetini yerindən çıxarmaq istəyirlər. Mən buna etiraz edirəm. Mətbuata hücum etmək olmaz, bu, bütün dünyada belədir, bizdə də belə olmalıdır».


«Azadlıq» bloku üzvlərinin mətbuata təzyiqlərə son qoyulması tələbi ilə keçirilən aclıq aksiyası oktyabrın 30-dan başlanıb. «Azadlıq» bloku eyni tələblə noyabrın 2-də piket də keçirməyə cəhd edib. Hökumət nümayəndələri isə çıxışlarında mətbuata hücumlarla bağlı deyilənləri qəbul etmirlər.


XS
SM
MD
LG