Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:21

Aprelin 27-də Londonda "Bakı 2015" Avropa oyunlarının təqdimat mərasimi olacaq.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, Londonun “The Dorchester Hotel” ində baş tutacaq mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey və Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışı nəzərdə tutulub.

Mərasim çərçivəsində qonaqlara "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.

Bundan başqa tədbirdə konsert proqramı və Azərbaycanın tarixi, mədəniyyəti və digər dəyərlərini əks etdirən fotosərgi təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG