Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Ukraynalı pilot Nadia Savchenko mülki hospitala köçürülə bilər


Nadia Savchenko

Nadia Savchenko

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko aclığı bərpa etdiyinə görə, mülki hospitala köçürülə bilər.

Rusiya Penitensiar Xidmətinin sözçüsü Kristina Belousova aprelin 27-də bildirib ki, o yeməkdən imtina etdiyinə görə, ötən bazar səhəti kəskin pisləşib.

O qeyd edib ki, əgər lazım gəlsə Savchenko mülki xəstəxanaya köçürüləcək.

Savchenkonun vəkili Mark Feigin aprelin 27-də bildirib ki, Nadia buna etiraz etməyəcək.

Savchenko Ukraynanın şərqində gedən döyüşlərdə 2 Rusiya vətəndaşının qətlində ittiham olunur.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, jurnalistlərin yerini Ukrayna hərbçilərinə o verib.

Və bundan sonra Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.

Savchenko ittihamları rədd edir.

Onun sözlərinə görə onu rusiyapərəst separatçılar oğurlayaraq Rusiya tərəfinə təhvil verib.

Kiyev və Qərb ölkələri Moskvadan dəfələrlə onun verilməsini tələb ediblər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Tərəflər bu ilin fevralında Minskdə atəşkəs razılaşması əldə etdikdən sonra bölgədə nisbi sakitlikdir.

Amma vaxtaşırı atəşkəs rejiminin pozulması müşahidə olunur.

XS
SM
MD
LG