Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Nepalda baş verən zəlzələdə ölənlərin sayı 3700 nəfəri ötüb


Foto arxiv

Foto arxiv

Aprelin 25-də Nepalda baş verən zəlzələdə ölənlərin sayı 3700 nəfəri ötüb.

Hakim dairələr ucqar nöqtələrlə əlaqə saxlaya bilmədiyindən ölü sayının artacağı istisna olunmur.

Aprelin 26-da baş verən təkrar yeraltı təkanlar Himalay dağlarından böyük sürüşmələrə səbəb olub.

Minlərlə insan paytaxt Katmanduya qaçıb.

Hakim dairələr hesab edir ki, ölənlərin sayı 5 minə çata bilər.
Hökumət beynəlxalq aləmndən təcili yardım istəyib.

Zəlzələ nəticəsində həmçinin 6500-dən çox adam xəsarət alıb.

Zəlzələ 7,8 bal gücündə olub.

Yeraltı təkanlar qonşu Hindistan, Banqladeş,Çinin Tibet əyaləti və Pakistanda da hiss olunub.

Bu 80 ildən də artıq bir dövrdə Cənubi Asiyada baş verən ən güclü zəlzələdir.

XS
SM
MD
LG