Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:24

ATƏT Qazaxıstanda seçkilərin pozuntularla keçirildiyini deyir


Cornelia Jonker

Cornelia Jonker

ATƏT-in müşahidəçiləri Qazaxıstanda keçirilən prezident seçkisinin real müxalifət və ifadə azadlığı olmadan pozuntularla keçirildiyini deyirlər.

Təşkilatın demokratik institutlar və insan haqları üzrə bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Cornelia Jonker aqprelin 27-də keçirdiyi brifinqdə bildirib ki, seçicilərə siyasi alternativlər arasında əsil seçim təklif olunmayıb.

O qeyd edib ki, prezidentliyə digər namizədlər açıq şəkildə Nazarbayevin nailiyyətlərini tərifləməklə məşğul olublar.

Jonker bildirib ki, kütləvi informasiya vasitələri və ifadə azadlığına böyük məhdudiyyətlər qoyulub.

Qazaxıstanın daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatından olan müşahidəçi missiyasının rəhbəri Dmitry Mezentsev isə seçkinin şəffav, azad və demokratik olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG