Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Rəsul Cəfərovun «Bank Respublika»ya qarşı iddiası təmin olunmadı


Rəsul Cəfərov

Rəsul Cəfərov

-

Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun «Bank Respublika»ya qarşı Səbail rayon Məhkəməsinin çıxardığı qətnamədən şikayətinə baxıb.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Günay İsmayılova məlumat verib

Rəsul Cəfərov məhkəmədən qətnamənin ləğv olunmasını istəyib. O, məhkəməyə bankdan çıxarışlar təqdim edib. Həmin çıxarışlar Rəsul Cəfərovun bankın müştəri kartından öncələr istifadə etdiyini, amma bankın həbs qoymasından sonra iyul ayında kartdan istifadə edə bilmədiyini göstərir. Bank isə bunun əksinə olaraq iddia edir ki, Rəsul Cəfərova məxsus kart deyilən vaxtda işlək olub, sadəcə, müştəri ondan istifadə etməyib.

Məhkəmə bunu nəzərə almayıb və Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Rəsul Cəfərov Ukraynada olarkən onun bank hesabına xəbərdarlıq edilmədən həbs qoyulub. Sənədlərdə həbsin iyulun 7-si qoyulduğu qeyd olunsa da, Rəsul Cəfərov deyir ki, artıq iyulun 4-ü və 5-də səfərdə ikən kartdan istifadə edə bilməyib. Bununla da hesab edir ki, bank onun mülkiyyət hüququnu pozub və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

Hüquqşünas Günay İsmayılovanın dediyinə görə, Rəsul Cəfərov bu şikayətini Avropa Məhkəməsinədək aparmaq niyyətindədir.

Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov bu hökmlə razılaşmır və həbsini siyasi sifariş sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG